AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov institutun əməkdaşları professor Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar.
Ərazidə aparılan qazıntıların rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov kurqan çölündə diametri 21 metr olan, ətrafı kromlexlə əhatələnmiş e.ə. I minilliyin ilk yarısına aid qəbir abidəsi haqqında məlumat verib. İki kameradan ibarət kurqandan insan skeletləri və maddi-mədəniyyət nümunələri aşkar olunub. Qoruğun direktoru Musa Mursaquliyev aparılan arxeoloji qazıntı işlərindən tam razı qaldığını söyləyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.