Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunun əməkdaşı İstanbulda beynəlxalq konfransda iştirak edib
06.09.2022 11:15
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı İstanbulda beynəlxalq konfransda iştirak edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva 5-7 sentyabr 2022-ci il tarixində Beynəlxalq Sosial və İqtisadi Elmlər İnstitutunun Türkiyənin İstanbul şəhərində təşkil etdiyi IISES Beynəlxalq Akademik konfransında iştirak edib.

Konfransa dünyanın 19 ölkəsindən - Azərbaycan, Fransa, ABŞ, Kanada, Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Sinqapur, Ekvador, Macarıstan, Çex Respublikası, Rumıniya, Polşa, Xorvatiya, Serbiya, Səudiyyə Ərəbistanı, Livan, Küveyt, Cənubi Afrika, Braziliyadan iştirakçılar qatılıb.

Azərbaycanlı alim konfransda “Public Consciousness in the Discourse on Information Wars and Soft Power” (İctimai şüur informasiya müharibəsi və yumşaq güc diskursunda) adlı məruzə ilə çıxış edib. Həmçinin Roida Rzayevaya konfransın iclasına sədrlik həvalə edilib.

Alim cəmiyyətdə şüur və davranışın müxtəlif ölçüdə yayılan fikirlərin təsiri altında qaldığından bəhs edib. Məruzədə eyni zamanda cəmiyyətdə yaşamağın, cəmiyyəti və onun fenomenlərini qiymətləndirmənin fərdi ictimai və siyasi varlığa çevirdiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, bu kontekstdə fikirlərin yayılmasında medianın rolunu bu gün xüsusilə qeyd etmək lazımdır. İnformasiya resursları müvafiq fikir və maraqların ictimai şüurda adekvat ifadəsinin və ona nüfuz etməsinin şərtidir. “Yumşaq güc” bu gün siyasətdə vurğuların dəyişməsinin təzahürüdür. Bu gücün əsas mənbələrindən biri “mədəni cazibə qüvvəsidir”. Biz bu gün kütləvi mədəniyyətin, xüsusilə də informasiya, ideoloji antaqonizm kontekstində siyasi təsirini dana bilmərik.

Beynəlxalq konfransın materialları nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: