Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Təlatümlü illər” adlı kitab işıq üzü görüb
07.09.2022 14:42
  • A-
  • A
  • A+

“Təlatümlü illər” adlı kitab işıq üzü görüb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundovun tərtibatı ilə Azərbaycan tarixinin mühüm mərhələsini özündə əks etdirən “Təlatümlü illər” adlı kitab nəşr olunub.

Kitabın müəllifi 1917-1921-ci illərdə Azərbaycanın Lənkəran və Muğan bölgələrində (Lənkəran qəzası) Milli azadlıq hərəkatının bilavasitə iştirakçısı və rəhbərlərindən biri olmuş, sonralar İrana mühacirət etmiş Soltan Məhəmməd bəy Qulubəylidir.

“Xatirat” janrında təqdim edilən yazıda rus imperiyasının 1917-ci ildə süqutu ilə başlanan yerli müsəlman və ruslar (molokanların) arasında yaranan və qanlı münaqişələrə çevrilən hadisələr, həmin dövrdə İrandan bölgəyə gələn qazaxların törətdikləri qanlı qırğınlar, bolşeviklərin bölgəyə müdaxiləsi və yerli müsəlman əhalisinin göstərdikləri milli birlik və qəhrəmanlıqları əks olunub.

Müəllif hadisələrdən bəhs edərkən burada iştirak etmiş bir çox şəxslərin adlarını çəkib və onların konkret olaraq gördüyü işləri təsnif edir. “Xatirat”la tanış olarkən oxucu özünü həmin hadisələrin canlı iştirakşısı kimi hiss edir.

“Xatirat”ın tarixi sənəd olduğunu nəzərə alaraq, təqdim olunan nəşrdə latın əlifbasına çevrilmiş nüsxəsi ilə yanaşı, oxucuya əlyazmanın orijinal əksi də təqdim olunub.

“Xatirat”ın əlyazmasını nəşr üçün təqdim edən Zahir Hacı Axundzadə, mühacir, mətni ərəb əlifbasından latın əlifbasına çevirən Məhəmməd Purmuxtari, mətnə əlavə edilən ərəb və fars sözlərinin tərcümələrini icra edənlər Məhəmməd Purmuxtari, Dürdanə Cəfərli və Elnur Mustafayev, redaktorlar isə Tufan Axundov və Gülşən Axundovadır.

Kitab tədqiqatçı-tarixçilər, etnoqraflar və Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: