AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Güney Azərbaycan folkloru” seriyasından XVII kitab nəşr olunub.
Kitaba Cənubi Azərbaycan folklorundan aşıq dastanları və deyişmələri daxil edilib. Təqdim edilən dastan və deyişmə mətnləri transliterasiya və səsli fayllardan orijinal formada qeydə alınıb, dialekt sözləri, ərəb-fars ifadələrinə lüğət üzərindən aydınlıq gətirilib. Topluda “Əhməd və İbrahim”, “Gərgərli Məhəmməd”, “Koroğlunun Toqat səfəri”, “Koroğlunun İstanbul səfəri”, “Koroğlunun Ərzurum səfəri” və “Əmrah və Səlvinaz” dastanları, aşıq deyişmələrindən çoxsaylı deyişmələr oxucuların ixtiyarına verilib.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 374 səhifəlik toplunun tərtibçisi və “Ön söz” müəllifi fil.e.d., dos. Mətanət Maşallahqızı (Abbasova), redaktoru fil.ü.f.d. Qiymət Məhərrəmli, mətnləri toplayanlar isə Həbib Sasanian (Yakamoz), Aşıq Səlcuq Şəhbazi və Aşıq Hüseyn Saidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.