Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanova "Известия высших учебных заведений" серия "Химия и химическая технология" (ChemChemTech) jurnalında dərc olunan məqalələrin rəyçi olaraq qiymətləndirilməsində və jurnalın yüksək elmi səviyyəsinin qorunub saxlanmasında fəal iştirakına görə baş redaktor kimya elmləri doktoru Rıbkin Vladimir Vladimiroviç tərəfindən təşəkkürnamə təqdim olunub.
Qeyd edək ki, jurnal Scopus, ESCI Web of Science, Chemical Abstracts Service (CAS) və s. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.