Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Məhəmməd Füzuli poeziyasının dili və üslubu” adlı respublika konfransının materialları çap olunub
27.12.2024 15:28
  • A-
  • A
  • A+

“Məhəmməd Füzuli poeziyasının dili və üslubu” adlı respublika konfransının materialları çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən “Məhəmməd Füzuli poeziyasının dil və üslubu” mövzusunda respublika elmi konfransının materialları nəşr edilib.

“Elm və Təhsil” nəşriyyatında çap olunan məcmuənin elmi redaktoru AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, rəyçilər dosent Baba Məhərrəmli və dosent Xədicə Heydərova, tərtibçilər Könül Mirzəyeva və Səmənnaz Zalovadır.

Topluda Nadir Məmmədli “İlahi feyzdən bir xəzinədir söz” adlı məqaləsində qeyd edir ki, Məhəmməd Füzulidən sonra Füzuli məktəbi əbədi yaşayır-nüfuzuna kölgə salmaq əsrlər boyu heç kimə nəsib olmadı, onun nüfuzu Azərbaycan dilinin tarixi nüfuzudur.

Nadir Məmmədli yazır ki, Məhəmməd Füzuli dühasında söz və sözün xariqüladə qüdrəti və əzəməti dayanır: Söz sənəti timsalında ideoloji, əxlaqi-mənəvi dəyərlər əxz etmişdir.Söz  bir nazik sapdır, o xəzinənin dürrləri dənə-dənə bu sapa elə bir nizamla düzülmüşdür ki, “heç bir məna onsuz surət ala bilmir”.

Məcmuədə Sayalı Sadıqovanın Məhəmməd Füzuli əsərlərinin terminoloji leksikası”, Zemfira Əliyevanın “Məhəmməd Füzuli yaradıcılığı koqnitiv dilçilik müstəvisində”, Teyyub Quliyevin Məhəmməd Füzulinin dilində işlənən bəzi sual əvəzlikləri”, Nərgiz Hacıyevanın “Məhəmməd Füzulinin anadilli qəzəllərinin dili”, Güntəkin Binnətovanın “Məhəmməd Füzulinin dili və Azərbaycan şivələri” və sair alimlərin müxtəlif mövzularda məqalələri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: