Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.09.2022 10:15
  • A-
  • A
  • A+

Tarix İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Tarix İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlova İspanyanın Salamanka şəhərində keçirilən İranşünasların XIII beynəlxalq konqresində (Association for İranian Studies (AİS-İran Araşdırmaları Assosiasiyası)) iştirak edib.

Nigar Gözəlova konqresdə Bəhmən Mirzə Qacarın Azərbaycanda mühafizə olunan zəngin kitabxanası ilə bağlı məruzə edib. Həmin kitabxananın tarixçəsinə nəzər salan müəllif Şuşada saxlanılan və orada daha da zənginləşən kitabxananın nadir əlyazma nüsxələri haqqında ətraflı məruzə edib. Hal-hazırda Bəhmən Mirzə Qacarın kitabxanasının kiçik qismi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.

Eyni zamanda Nigar Gözəlova “XIX-XX əsrlərdə Rusiya və Transqafqaz arasında ədəbi və mədəni mübadilələr” mövzusunda təşkil olunmuş panelə məşhur Amerika iranşünası Janet Afəriylə birgə həmsədrlik edib. Həmin iclasda Amerikadan və İrandan bir neçə nüfuzlu alimlərin məruzələri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: