Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.09.2022 10:42
  • A-
  • A
  • A+

MEK kitab bağışlama aksiyasına start verib

MEK kitab bağışlama aksiyasına start verib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 2022/2023-cü tədris ilinin başlanması ərəfəsində 15 sentyabr – Bilik Günü və 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar kitab bağışlama aksiyasına start verib.

Aksiyanın ilk günündə MEK-in Mübadilə fondundan Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxanasına Azərbaycan və rus dillərində 50 sayda dəyərli nəşrlər hədiyyə edilib.

Təqdim olunan kitablar R.Əfəndizadənin “Azərbaycan memarlığı XIX əsrin sonu - XXI əsrin əvvəli”, Ş.Fətullayev-Fiqarovun “Bakının memarlıq ensiklopediyası” və “XIX-XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq” əsərləridir. Bu əsərlərdə Azərbaycan memarlıq tarixinin mühüm səhifələri açılır, XIX əsrin sonundan başlayaraq bu günlərədək Azərbaycan memarlığının maraqlı, mürəkkəb və zəngin inkişaf yolu işıqlandırılır. Nəşrlər Bakının orijinal memarlıq abidələri ilə tanışlığa vasitədir.

Qeyd edək ki, MEK bu aksiyanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Respublika İncəsənət Gimnaziyasında, Bakı Humanitar Kollecində, Şuşa Humanitar Kollecində və bir neçə musiqi məktəbində həyata keçirəcək.

Xatırladaq ki, cəmiyyətdə mütaliənin təbliğinə dəstəyi artırmaq məqsədilə MEK bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: