Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.09.2022 11:54
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda elmlə-təhsilin inteqrasiyası məsələləri müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunda elmlə-təhsilin inteqrasiyası məsələləri müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Müəssisənin baş direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə keçirilən iclasda gündəlikdə duran məsələlər şura üzvlərinin diqqətinə çatdırılıb.

Baş direktor Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn və Aşqarlar Kimyası İnstitutu tərəfindən yerinə yetirlməli olan bir sıra məsələlərə toxunub. O bildirib ki, elmlə təhsilin inteqrasiyası istiqamətində fəaliyyət daha da genişlənməli, ayr-ayrı universitetlərlə müştərək elmi tədqiqatlar, yüksəkixtisaslı kadr hazırlığı (doktorant, dissertant, magistr), birgə qrant layihələri, tələbə və magistrantların təcrübə keçməyə cəlb olunması kimi məsələlərə daha çox önəm verilməlidir.

Toplantıda institutun 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planı, magistr pilləsi üzrə 2022/2023-cü tədris ili üçün “Üzvi kimya” ixtisası üzrə tədris planı müzakirə edilərək qəbul edilib.

İnstitutun Təhsil şöbəsinin müdiri, k.ü.f.d. Sədaqət Şamxalova 2022/2024-cü tədris ilində sözügedən müəssisənin magistraturasına qəbul olunmuş bakalavrlar, habelə 2022-ci tədris ilində institutun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul olunmuş dissertantlar haqqında məlumat verib. Onların mövzuları və elmi rəhbərləri təsdiq olunub.

İclasda, həmçinin ayrı-ayrı laboratoriyalar üzrə elan edilmiş vakant vəzifələrə seçkilər keçirilib, həmin vəzifələrə institutda bu ilin aprel ayında  təşkil olunmuş elmi işçilərin attestasiyasının nəticələri və tövsiyələr nəzərə alınaraq gənc mütəxəssislərin irəli çəkilməsinə qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: