Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2022 14:28
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Anım günü ilə əlaqədar tədbir keçirilib

Dilçilik İnstitutunda Anım günü ilə əlaqədar tədbir keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri açan institutun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Professor 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Azərbaycan bu qələbəni şəhidlərin qanı, canı hesabına qazanıb. Vətən müharibəsi başlayan ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mətin ordumuz irəliləyərək, düşməni torpaqlarımızdan uzaqlaşdırmağa başladı. Döyüş cəbhəsindən davamlı xoş xəbərlər gəldi. Hakimiyyət, ordu və xalq birliyi öz sözünü dedi. Hər keçən gün bizi parlaq qələbəyə yaxınlaşdırdı.

Tədbirdə çıxış edənlər zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: