Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2022 15:15
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Biofizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Biofizika İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək canını vətən naminə qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyib və tədbir iştirakçılarını şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükuta dəvət edib.

Daha sonra Biofizika İnstitutunun Ekoloji biofizika laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d., dosent Ruhiyyə Quliyeva, Sənədlərlə iş şöbəsinin müdiri, Qadınlar Şurasının sədri Əsmər Məmmədova, Ekoloji biofizika laboratoriyasının rəhbəri, professor Tokay Hüseynov çıxış edərək işğalçı Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, xalq-ordu-dövlət birliyindən, qazanılan qələbələrdən, qəhrəman igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb, vətən yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: