Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2022 09:15
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Şəki Regional Elmi Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

27 Sentyabr – Anım Günü ilə əlaqədar AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) kollektivi Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizin məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyub, onların xatirəsini ehtiramla anıblar.

Daha sonra Şəki Regional Elmi Mərkəzinin Akt zalında Vətən müharibəsi şəhidlərinin Anım gününə həsr olunan tədbir təşkil edilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə mərkəzin Ekoloji coğrafiya şöbəsinin müdiri, YAP rayon təşkilatının müavini Yusif Rəhimovun “Vətən müharibəsinin qəhrəmanları” mövzusunda məruzəsi dinlənilib.

O, Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində qəhrəman hərbçilərimizin şücaətindən, ordumuzun ən müasir silahlarla təmin edilməsindən və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeridilən hərbi strategiyadan bəhs edib.

Y.Rəhimov Vətən müharibəsində ŞREM-in əməkdaşı Ruslan Səmədovun fəal iştirakından, eləcə də hərbçi və jurnalist kimi fəaliyyət göstərən övladlarının həmin dövrdəki fəaliyyətlərindən danışıb.

Qeyd edək ki, Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü və mərkəzin bir qrup əməkdaşı Anım günü ilə əlaqədar Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: