Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2022 09:50
  • A-
  • A
  • A+

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Anım günü qeyd edilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Anım günü qeyd edilib

Sentyabrın 27-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) Anım günü münasibətilə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin xatirəsinə ehtiram əlaməti olaraq tədbir keçirilib.

Tədbirdə mərkəzin direktoru, professor Fərman Quliyev çıxış edərək şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqı və gəncləri üçün örnək olduğunu qeyd edib. Bildirib ki, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib. Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Şəhidlik zirvəsinə yüksələn, bizə zəfəri bəxş edən şəhidlərimiz heç vaxt unudulmayacaq və yaddaşlardan silinməyəcək.

Daha sonra 44 günlük Vətən müharibəsində həlak olmuş LREM-in əməkdaşı Məhsun Bağırzadənin xatirəsi dərin hörmət və ehtiramla yad edilib, barelyefi önünə əklil qoyulub, ruhuna dualar oxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: