Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.09.2022 10:21
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu ilə Qazaxıstanın Meşəçilik və Aqromeşəçilik Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Dendrologiya İnstitutu ilə Qazaxıstanın Meşəçilik və Aqromeşəçilik Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında anlaşma memorandumu imzalanıb

A.N.Bukeyxan adına Qazaxıstan Meşəçilik və Aqromeşəçilik Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə sədr müavini, dosent Vitaliy Kirillov və Meşəbərpa və meşəsalma laboratoriyasının müdiri, dosent Svetlana Kabanova Dendrologiya İnstitutunun qonağı olublar.

Görüş zamanı qonaqlara Dendrologiya İnstitutunun elmi potensialı barədə məlumat verilib və onlar müəssisədə fəaliyyət göstərən laboratoriyalarla yaxından tanış olublar.

Daha sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb.

İmzalanmış memoranduma əsasən, gələcəkdə qarşılıqlı məsləhətləşmələr və danışıqlar nəticəsində hər iki qurum tərəfindən iş planları hazırlanacaq. Memorandum imzalandığı tarixdən 5 il müddətinə qüvvəyə minir.

Hər iki qurum qarşılıqlı prinsiplərə əsaslanaraq qarşılıqlı maraqlar çərçivəsində müştərək tədqiqatların aparılmasını, elmi kadrların hazırlığını və mübadiləsini, birgə tədqiqat layihələrinin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsini, nəşrlərin və tədris materiallarının mübadiləsinin təşkilini, müştərək seminarlarda və akademik görüşlərdə iştirakını nəzərdə tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: