Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2024 10:02
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) əməkdaşları Şəki Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Şəki-Oğuz avtomagistralının kənarında həyata keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Sözügedən ərazidə regionun torpaq-iqlim şəraitinə uyğun olan 100 ədəd Göyrüş cinsli ağac tinglərinin əkini həyata keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşən aksiyada məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunmasına töhfə vermək olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: