Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.10.2024 11:37
  • A-
  • A
  • A+

MEK-in nəşrləri “Şərqin Füzuli Dühası” adlı tədbirdə sərgilənib

MEK-in nəşrləri “Şərqin Füzuli Dühası” adlı tədbirdə sərgilənib

Xaçmazda Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi çərçivəsində “Şərqin Füzuli Dühası” adlı tədbir keçirilib.

Rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, tələbələr və gənclərin iştirakı ilə baş tutan tədbirdə kitabxananı MEK-in Kitabxana xidməti üzrə direktor müavini dosent Şəhla Quliyeva və Oxuculara xidmət şöbəsinin rəhbəri Ofeliya Yunusova təmsil edib, Füzuli irsinə dair 80-ə yaxın ədəbiyyatla qatılıblar. Sərgilənən kitablar böyük maraqla qarşılanıb.

Tədbir zamanı Mərkəzi Elmi Kitabxana olaraq hər zaman böyük ədəbiyyat nümayəndələrimizin irsinin toplanıb qorunması, istifadəçilərə çatdırılması istiqamətində çoxşaxəli işlər görüldüyünü vurğulayan dosent Şəhla Quliyeva tədbirin təşkilində əməyi keçən hər kəsə, xüsusilə Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyevaya MEK-in direktorunun salamını və təşəkkürünü çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: