Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2022 10:39
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Anım gününə həsr olunmuş tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda Anım gününə həsr olunmuş tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva 44 günlük Vətən müharibəsi və qüdrətli Azərbaycan ordusunun yazdığı qəhrəmanlıqlardan danışıb, əsgər və zabitlərimizin rəşadətindən qürur duyduğunu bildirib.

R.Mehdiyeva vurğulayıb ki, xalq, Prezident və ordu birliyi Vətən müharibəsində həlledici rol oynayıb və son 200 illik tariximizdə Müzəffər Ali Baş Komandan yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və xalqa qaytarılmasına nail olub.

Daha sonra çıxış edən I və II Qarabağ müharibəsi iştirakçıları Azərbaycan ordusunun şanlı zəfəri haqqında fikir bildirib, həmçinin vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş, şəhidlik mərtəbəsinə ucalmış qəhrəmanlarımızın əziz ruhlarına ehtiramlarını vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: