Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2022 15:08
  • A-
  • A
  • A+

Folklor İnstitutunun Elmi şurasının iclası keçirilib

Folklor İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib.

İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, akademik Muxtar İmanov giriş nitqi söyləyib və Elmi şuranın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

İclasın gündəliyində duran ilk məsələ 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı olub.

Akademik Muxtar İmanov bildirib ki, biz 2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təcavüzünə qarşı Vətən müharibəsinə başlamışıq və bu savaş Azərbaycanın qalibiyyəti ilə başa çatıb. Son günlərin hadisələrinə toxunan baş direktor mübarizənin bu gün də davam etdiyini diqqətə çatdırıb.

Gündəlikdəki ilk məsələ ilə bağlı söz alan institutun aparıcı elmi işçisi, f.ü.f.d., dosent İlhamə Qəsəbova bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olub. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı və qanı  bahasına azad edilib.

Daha sonra professorlar Füzuli Bayat, Seyfəddin Rzasoy 44 günlük müharibənin nəticələrindən danışıblar.  

Professor Ramazan Qafarlı da çıxışı zamanı vurğulayıb ki, 44 günlük müharibədə canlarını fəda edən şəhidlərin sayəsində bu gün biz bütün dünyada mənliymizi sübut edə bilirik və dünya xalqları arasında seçilən xalqlardan biriyik. Professor qələbəmizin türk birliyi var olduqca davam edəcəyinə əminliyini ifadə edib.

Sonda Folklor İnstitutunda vakant baş, aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün elan olunmuş müsabiqənin nəticələri elan olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: