Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

04.10.2022 14:22
  • A-
  • A
  • A+

Muzey eksponatına həsr olunmuş kitab nəşr edilib

Muzey eksponatına həsr olunmuş kitab nəşr edilib

AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Döyüşçünün zirehli hərb geyimi” adlı nağıl kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunub.

Kitab Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılan “Döyüşçünün zirehli hərb geyimi” eksponatına həsr olunub və həmin tarixi eksponatın muzeyə ekskursiya edən məktəb şagirdlərindən birinə yaşatdığı qeyri-adi sərgüzəştlərdən və sehrli hadisələrdən bəhs edir. Gənc rəssam Mərziyə Şövkət tərəfindən nağıla çəkilmiş rəngarəng və cəlbedici illüstrasiyalar uşaqlara əsərdəki obrazları və baş verən hadisələri daha aydın təsəvvür etməyə köməklik edir.

Xatırladaq ki, sözügedən nağıl 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsində qalib gəlmiş hekayələrdən biri olub və muzeylərin təbliği, uşaqlara sevdirilməsi, eləcə də azyaşlıların vətənpərvərlik və milli ruhda böyüməsi, həm də uşaqların dünyagörüşünün və biliklərinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Adıçəkilən kitabın təqdimatı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisində oktyabrın 5-i saat 19:00-da baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: