Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.10.2022 09:30
  • A-
  • A
  • A+

Akademik Vaqif Abbasov Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professoru seçilib

Akademik Vaqif Abbasov Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professoru seçilib

Rusiyanın Ufa Dövlət Neft Texniki Universitetinin Elmi şurasının qərarı ilə Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov həmin universitetin Fəxri professoru seçilib.

Fəxri professor seçilməsi münasibəti ilə diplom universitetin Elmi şurasının 30 sentyabrda keçirilmiş iclasında akademik Vaqif Abbasova təqdim olunub.

Elmi şurada akademik Vaqif Abbasov elmi məruzə ilə çıxış edib.

30 sentyabr - 1 oktyabr tarixlərində akademik Vaqif Abbasov universitetin kafedralarında, elmi tədqiqat laboratoriyalarında olub, müzakirələr aparıb, əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib. Eyni zamanda akademik Vaqif Abbasov neft çıxarma, neft emalı və neft kimya sənaye müəssisələrinin nümayəndələri ilə görüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: