Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.10.2022 09:49
  • A-
  • A
  • A+

Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AMEA Folklor İnstitutunun  Elmi şurasının növbəti iclası keçirilib.

İclasda  Folklor İnstitutunun 2022-ci il üçün elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib. 

İnstitutun Təhsil şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ləman Süleymanova 2022-ci tədris ili üçün “Folklorşünaslıq” və “Azərbaycan ədəbiyyatı” ixtisasından elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədləri qəbul edilmiş şəxslər barədə məlumat verib.

Əvvəlcə Əpoş Vəliyev elmlər doktoru proqramı üzrə 5716.01- Azərbaycan ədəbiyyatı ixtisasından qiyabi doktoranturaya qəbulu məsələsinə baxılıb. Dissertanta təklif olunan mövzu və elmi məsləhətçi təsdiq edilib.

Daha sonra Nizami Adışirinov, Vüsal Səfiyeva  və Sevinc Əliyeva  5719.01- Folklorşünaslıq ixtisası üzrə elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulu barədə məsələ müzakirə edilib. Bu barədə müsbət qərar qəbul edən Şura iddiaçıların dissertasiya mövzularını və məsləhətçilərini təsdiq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: