Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.10.2022 16:05
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun alimləri Gürcüstanda beynəlxalq elmi konfransda iştirak ediblər

Biofizika İnstitutunun alimləri Gürcüstanda beynəlxalq elmi konfransda iştirak ediblər

Biofizika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımov və İnteqrativ biologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov oktyabr ayının 3-dən 7-dək Gürcüstanda elmi ezamiyyətdə olublar.

Məqsəd Tbilisi şəhərində Avropa Birliyi və ABŞ Dövlət Departamentinin birgə təşkil etdiyi Mərkəzi Asiya və Qafqazda Biotəhlükəsizlik Assosiasiyasının “COVID-19: Lessons Learned” mövzusunda beynəlxalq elmi konfransında iştirak etmək olub.

Alimlər ezamiyyət çərçivəsində, həmçinin NCDC/R.Lugar Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub və elm-tədqiqat sahəsində əməkdaşlıq imkanları barədə səmərəli müzakirələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: