Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yeni virus növü diş ətlərinin iltihabını sağaltmağa və xərçəngdən müdafiəyə kömək edəcək
19.10.2022 10:50
  • A-
  • A
  • A+

Yeni virus növü diş ətlərinin iltihabını sağaltmağa və xərçəngdən müdafiəyə kömək edəcək

Avstraliyanın La Troba Universitetindən olan tədqiqatçılar diş əti iltihabına, eləcə də xərçəng şişinin yaranmasına səbəb olan bakteriyalara hücum edən virus aşkar ediblər.

Ağızda fuzobakteriyaların (Fusobacterium nucleatum) sayının kəskin artımı diş ətlərinin iltihabına və ya dişin itirilməsinə, o cümlədən bütün çənə sümüyünün zədələnməsinə gətirib çıxara bilən periodontitə səbəb olur. Bundan başqa, ağız boşluğunda yaşayan Fusobacterium nucleatumun yoğun bağırsaqlarda və ya süd vəzisində xərçəng şişlərinin yayılmasını və artımını sürətləndirə bilər.

Alimlər virusun məhz fuzobakteriyaları məhv etmək imkanına malik “bakteriyalar ovçusu” adlandırılan yeni növünü müəyyən ediblər.

Virus 2019-cu ildə aşkar edilib, lakin onun unikallığını rəsmi olaraq tanımaq üçün Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitə tərəfindən iki il vaxt sərf olunub. Komitə bu virusu Avstraliyanın La Troba Universitetinin şərəfinə Latrobevirus adlandırıb.

Alimlər hesab edirlər ki, bu kəşf “pis” bakteriyaları məhv etmək və “yaxşılara” toxunmamağa, bakterial infeksiyaları daha dəqiq müalicə etməyə imkan verəcək.

naked.science.ru

  • Paylaş: