Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.10.2022 11:10
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşları Azərbaycan-Fransız Universitetində baş tutmuş seminarda iştirak ediblər

Neft və Qaz İnstitutunun əməkdaşları Azərbaycan-Fransız Universitetində baş tutmuş seminarda iştirak ediblər

Azərbaycan-Fransız Universitetində “Materiallar kimyası” mövzusuna həsr olunmuş simpozium keçirilib.

Sözügedən tədbirdə Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşları Rahilə Əliyeva, Sahilə Nəsibova və Fariz Novruzov iştirak ediblər.

Seminarda Strasburq Universitetinin professoru Benoit Louis “Zeolites: the Chimera of Catalysis, Kataliz və Qeyri-üzvi Kimya İnstutunun professoru Sevda Fətullayeva “Enterosorbents: Removal of toxic metals” və Strasburq Universitetinin kimya üzrə fəlsəfə doktoru Nizami İsrafilov “Synthesis, Characterization and Application of the supramolecular MOFs (Metal Organic Frameworks)” mövzularında məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: