Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.10.2022 11:56
  • A-
  • A
  • A+

AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici təlim keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici təlim keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin baş mütəxəssisi Elvin Abbasovun iştirakı ilə AMEA-nın əməkdaşları üçün “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimdə Elvin Abbasov İcbari tibbi sığorta haqqında ümumi məlumat verib, həmçinin icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri baradə, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları və digər məsələlər haqqında AMEA-nın əməkdaşlarını məlumatlandırıb.

Maraqlı keçən görüşdə E.Abbasov əməkdaşların çoxsaylı suallarını cavablandırıb.

Sonda AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov Elvin Abbasova və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin rəhbərliyinə AMEA-nın kollektivi adından minnətdarlıq və təşəkkürlərini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: