Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.10.2022 15:40
  • A-
  • A
  • A+

Şəhid Həmidağa Hüseynzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Şəhid Həmidağa Hüseynzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və YAP-ın Yasamal rayonu sözügedən institut üzrə İlk Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyin tarixi fəlsəfəsi” mövzusunda iki günlük tədbirlər keçirilib.

Bu gün institutda Vətən müharibəsi şəhidi “Xallı” ləqəbli kapitan Həmidağa Hüseynzadənin xatirəsinə həsr olunmuş Əməkdar jurnalist Firuzə Nadirin şəhidə həsr etdiyi filmin və Nisə Rafiqqızının “Yol ver dağlar, yol ver gedim Kəlbəcərə tələsirəm” kitabının təqdimatları keçirilib.

Öncə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə İkinci Qarabağ müharibəsində vətən övladlarının qəhrəmanlıqlarından söz açıb.

Sonra çıxış edən s.e.ü.f.d., dosent Sənan Həsənov tədbirin mahiyyəti barədə məlumat verərək, qonaqları tədbir iştirakçılarına təqdim edib.

Daha sonra Əməkdar jurnalist Firuzə Nadirin şəhidə həsr etdiyi “Bayraq oldum, enmədim” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Abdulla Şaiq adına Bakı şəhəri 54 saylı məktəbin direktoru Sahibə Abbasova, sənədli filmin müəllifi, Əməkdar jurnalist Füruzə Nadir, şəhidin bibisi Xuraman Hüseynova, Vətən müharibəsi iştirakçısı, f.ü.f.d., dosent Radif Mustafayev, f.ü.f.d. Fikrət Nəbiyev, f.ü.f.d. Əli İbrahimov, institutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, f.e.d. Rəfiqə Əzimova və digər iştirakçılar şəhid və şəhidlik məqamı, eləcə də şəhid Həmidağa Hüseynzadənin ömür yolundan, qəhrəmanlıqlarından  danışıblar.

Sonda şəhidin atası Bağı Hüseynov tədbiri təşkil etdiklərinə görə institutun rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: