Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.10.2022 14:08
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun tədqiqat ərazisində payız səpininə başlanılıb

Dendrologiya İnstitutunun tədqiqat ərazisində payız səpininə başlanılıb

Dendrologiya İnstitutunun Meşə ekosistemləri laboratoriyasının əməkdaşları Dendroloji bağ və ezamiyyələrdən əldə edilən toxumlardan payız səpinini həyata keçiriblər.

Toxumlar fərqli yaş qrupundan olan müxtəlif növ ağaclardan tədarük edilib, laboratoriya şəraitində tədqiq edilərək, yüksək məhsuldarlıq əldə etmək məqsədilə əkin qabağı stratifikasiya olunub. Abşeron şоrаn torpaq örtüyünün olmasını nəzərə alaraq lək əkin üçün hаzırlаnarkən hər 1 m2 sаhəyə 300-400 qram yаnmış əhəng, 200 qram аğаc külü tökülüb. Еyni zаmаndа tоrpаğın üst qаtınа heyvani gübrə əlavə edilərək dərin şumlanıb, torpaq və çürüntü qаrışdırılıb. Toxumlararası məsafə saxlanaraq Washingtonia filifera H.Wandl., Ligustrum japonicum, Albizzia julibrissin Durazz., Trachycarpus excelsa S.Wendl., Sophora japonica L., Hibiscus syriacus L., Hedera helix L., Hedera pastuchovii Woron., Melia azedarach L., Leucaena leucocephala və başqa növlərdən əldə edilmiş toxumların səpini edilib, ilkin suvarılma aparılıb. Cücərtilərin izlənilməsi, aqrotexniki qulluqlar bağ və laboratoriya əməkdaşları tərəfindən  qarşılıqlı həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: