ABŞ-ın “Kinemetrics” şirkəti tərəfindən tərəfdaş ölkələrin seysmoloji mərkəzlərinin əməkdaşları üçün növbəti vebinar keçirilib.
Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini Ruqiyyə Kərimova, büronun mühəndis-proqramlaşdırıcısı Yeganə Muradova və büronun əməkdaşı Güllü Məhərrəmova iştirak ediblər.
Vebinarda “Kinemetrics” şirkətinin vitse-prezidenti, Açıq sistemlər və xidmətlər şöbəsinin müdiri Mathias Franke “Buludda seysmik şəbəkə” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.