Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.10.2022 10:42
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, c.e.d. Zakir Eminovun sədrliyi ilə keçən iclasda yeni qəbul olunmuş magistrantların dissertasiya mövzularının və rəhbərlərinin təsdiqi, konfranslara hazırlıq, Şuşanın coğrafiyasına həsr olunan monoqrafiyanın hazırlıq vəziyyəti və digər məsələlər müzakirə edilib.

İnstitutun elmi katibi, c.ü.f.d. Zərnurə Həmidovanın təqdimatından sonra  magistrantlar üçün təyin edilmiş “Kür-Araz ovalığında şoran torpaqların yayıldığı ərazilərin landşaftları və onların yaxşılaşdırılması tədbirləri”, Palçıq vulkanlarının yayıldığı ərazilərin landşaft-ekoloji şəraitinin qiymətləndirilməsi”, “Qarabağın relyefində morfostruktur əsasın yüksəklik diferensiasiyası və onun tətbiqi-geomorfoloji mahiyyəti”, “Naxçıvan MR ərazisində müasir ekzogen proseslər və onların rayonlaşdırılması” və digər mövzular müzakirələrə edilərək təsdiq edilib.

Sonra institutun Turizm və rekreasiya şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Kəmalə Zeynalovaya dosent elmi adı verilməsi məsələsinə baxılıb və şura üzvləri tərəfindən bu haqda müsbət qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: