Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Aİ gender bərabərliyi naminə: İslahat üzrə yardım xidməti” layihəsi çərçivəsində gender məsələləri üzrə məsul şəxslər üçün “Gender bərabərliyi və idarəetmə” mövzusunda treninq keçirib.
Təlimdə Dövlət Komitəsinin və Aİ Azərbaycan nümayəndəliyinin rəsmiləri və nazirliklərin gender məslələri üzrə məsul şəxsləri iştirak edib.
Birgünlük təlimdə “Gender bərabərsizliyinin səbəbləri və nəticələri. Genderə həssas yanaşma üçün elmi araşdırmalardan nümunələr”, “Gender indikatorları və yoxlama alətləri”, “Genderə məsul şəxsin funksiyalarının təsviri”, “Genderə məsul şəxsin gender bərabərliyi üzrə təhlili: kateqoriyalar üzrə nümunələr” kimi mövzular təqdim olunub.
Tədbirdə AMEA-nın Qadınlar Şurası sədrinin müavini, Akademiyanın gender məslələri üzrə məsul şəxsi Mahrux Nəcəfli iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.