Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.10.2022 11:04
  • A-
  • A
  • A+

Azərbaycanda səfərdə olan Koreya nümayəndə heyəti bir sıra ali təhsil müəssisələri və innovasiya mərkəzlərində görüşlər keçirib

Azərbaycanda səfərdə olan Koreya nümayəndə heyəti bir sıra ali təhsil müəssisələri və innovasiya mərkəzlərində görüşlər keçirib

Xəbər verdiyimiz kimi, Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramının layihə rəhbəri, Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) baş elmi işçisi Eun Joo Kimin rəhbərlik etdiyi nümayəndə heyəti Yüksək Texnologiyalar Parkı və STEPI arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsinin icrası, eləcə də layihə çərçivəsində təşkil olunmuş forumda iştirak üçün Azərbaycanda səfərdədir.

Koreya nümayəndə heyəti səfər çərçivəsində bir sıra ali təhsil müəssisələri və innovasiya mərkəzlərində görüşlər keçirib.

Belə ki, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), INNOLAND və “CODERS Azerbaijan”da  keçirilən görüşlərdə əməkdaşlıq imkanları müzakirə edilib, sözügedən universitetlərin “Yüksək Texnologiyalar Parkının  istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsi ilə tərəfdaşlığı barədə ilkin razılıq əldə edilib.

Bununla yanaşı, görüşlərin keçirildiyi müəssisələrdə Texnologiyaların Transferi və Kommersiyalaşdırılma üzrə onlayn platformanın (ttcp.az) qısa təqdimatı baş tutub.

Görüşlərdə tələbə və müəllim heyətinin bu platformadan istifadə edərək elmin  kommersiyalaşdırılması proseslərinə cəlb edilməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: