Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2022 09:08
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə 8 Noyabr - Zəfər Günü qeyd olunub

Seysmoloji Mərkəzdə 8 Noyabr - Zəfər Günü qeyd olunub

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda öz canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə RSXM-nın icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov çıxış edərək Azərbaycan xalqının Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək qələbə qazandığını bildirib.

RSXM-nın Həmkarlar Təşkilatının sədri, Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna bayram olduğunu vurğulayıb.

Seysmoloji Mərkəzin baş mühəndisi Ramiz İskəndərov isə çıxışında bildirib ki, Zəfər Günü təkcə qələbə günü yox, həm də xalq-dövlət birliyinin rəmzi günü kimi qəbul olunmalıdır.

RSXM-nın Bərdə seysmik stansiyasının müdiri, I Qarabağ müharibəsinin və Vətən müharibəsinin iştirakçısı, mayor Gəray Əsədov bildirib ki, son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirib. Şəhidlərimiz və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Tədbir 8 Noyabr - Zəfər Gününə həsr olunmuş filmin nümayişi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: