Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2022 09:35
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda 8 Noyabr - Zəfər Günü qeyd olunub

Dilçilik İnstitutunda 8 Noyabr - Zəfər Günü qeyd olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açan müəssisənin baş direktoru, professor Nadir Məmmədli Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Professor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” sözləri xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. Azərbaycan Ordusu 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə tamamlayaraq şanlı zəfər qazandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək torpaqlarımızdan qovub çıxardı. Sözsüz tarixi qələbəmiz şəhidlərimizin, qazilərimizin qanı, canı hesabına savaş meydanında qazanıldı.

Sonra institutun icraçı direktoru, dosent Baba Məhərrəmli, professor İlham Tahirov, İlhami Cəfərsoy əsgər və zabitlərimizin Vətən müharibəsi zamanı böyük vətənpərvərlik, fədakarlıq və igidlik nümunəsi göstərdiklərini vurğulayıb, işğaldan azad olunmuş torpaqlarımızda geniş abadlıq və quruculuq tədbirlərinin həyata keçirildiyini qeyd ediblər.

İnstitutun aparıcı elmi işçisi, dosent Təranə Şükürlü bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: