AMEA-nın Fiziologiya İnstitutunda Parisin Paster İnstitutunun Avropa ölkələri üzrə koordinatoru David İtierlə görüş keçirilib.
Tədbir institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimovanın təşəbbüsü ilə bu elmi müəssisənin əməkdaşlarının Avropa İttifaqının "Horizon-2020" Çərçivə Proqramı üzrə IncoNet ŞT layihəsi - Şərq Tərəfdaşlığı ölkələri ilə beynəlxalq əməkdaşlıq şəbəkəsi çərçivəsində tədqiqat və innovasiyalar proqramı ilə tanışlıq məqsədi ilə təşkil edilib.
Görüşdə D. İtier Avropa Komissiyası fondunun qrantlarına təqdim olunmaq üçün müraciətin növləri, layihələrə qoyulan tələblər, tədqiqat sahələri, tərəfdaşların tapılması və s. haqda ətraflı məlumat verib. Fiziologiya İnstitutunun maraq dairəsinə daxil olan qocalma və uzunömürlülük problemi üzrə tədqiqatların "Horizon-2020" Çərçivə Proqramında xüsusi yer tutduğu qeyd olunub.
Sonda institut əməkdaşlarının çoxsaylı sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir