Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2022 16:35
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açan institutun baş direktoru, professor Nazim İmanov Zəfər Günü münasibətilə əməkdaşları təbrik edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad olunmasından, qazandığımız böyük qələbənin əhəmiyyətindən danışıb. 

Baş direktor İqtisadiyyat İnstitutunun işğaldan azad olunmuş ərazilərin bərpası və iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi elmi tədbirlər, hökumət qurumları ilə birgə layihələri barədə məlumat verib, alimlərin Qarabağda iqtisadiyyat quruculuğuna verə biləcəkləri elmi töhfələrin əhəmiyyətini qeyd edib. 

Tədbirdə 44 günlük Vətən müharibəsinin iştirakçısı, İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin elmi işçisi Bəhruz İsmayılov Füzuli, Hadrud, Şuşanın azad olunması uğrunda iştirak etdiyi döyüşlər, əsgərlərimizin qəhrəmanlıqlarından danışıb. Qalib ordunun zabiti olması ilə fəxr etdiyini bildirib, Zəfər Günü münasibətilə ürək sözlərini, təbriklərini çatdırıb.

Tədbirdə İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Şanlı zəfərin təntənəsi: Qarabağda bərpa və böyük quruculuq” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük miqyaslı layihələr, bərpa və quruculuq işləri, dövlət insvestisiyaları, yeni iqtisadiyyat quruculuğu, əhalinin məskunlaşdırılması məsələləri barədə geniş məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: