3 iyul tarixində Türkiyənin Samsun Ondokuz Mayıs Universitetinin torpaq elmləri fakültəsinin alimləri Ridvan Kızılkaya, Tayfun Aşkın və Coşqun Gülser AMEA Aqrar Elmlər Bölməsinin rəhbərliyi ilə görüş keçiriblər.
Qonaqlar ilk öncə bölmənin fəaliyyəti ilə tanış olublar. Görüşdə 2018-ci ildən başlayaraq üç il müddətinə rəhbərliyi Azərbaycana keçən “Federation of Eurasian Soil Science Societies” müzakirə edilərək, əsas məsələlərə diqqət yetirilib.
Federasiyanın işində bölmənin fəaliyyətini yüksək dəyərləndirən qonaqlar bildirdilər ki, 2018-ci ildən başlayaraq AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun rəhbərliyinə keçən federasiyanın fəaliyyətində daha da böyük uğurlar qazanacağına əmindirlər.
Sonra bölməyə daxil olan AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, onun fəaliyyət istiqamətləri, burada aparılan tədqiqat işləri, birgə elmi əlaqələrin aparılması və s. məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir