Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.11.2022 11:32
  • A-
  • A
  • A+

“Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il” mövzusunda tədbir keçirilib

“Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il” mövzusunda tədbir keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının institut üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqilliyin tarixi fəlsəfəsi” mövzusunda silsilə tədbirlərin davamı olaraq 10 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş, “Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il” mövzusunda tədbir keçirilib.

Tədbirə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın məsləhətçisi Aytəkin Əhmədova, Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri və ərazi təşkilatının üzvləri qatılıblar.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə giriş nitqi söyləyib, ideologiya və elmin vəhdətinin yeni reallıqlarda dərki prosesini şərh edib.

Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək partiyanın keçdiyi 30 illik yola nəzər salıb, Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan və Azərbaycanı qələbələrə çatdıran mütərəqqi ideyaların Prezident İlham Əliyevin müdrik siyasəti və liderlik məharəti ilə tam vəhdət təşkil etdiyini şərh edib.

İnstitutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaranma şəraiti, mövcud siyasi vəziyyət və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasına dair fikirlərini bildirib. Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru, şöbə müdiri Füzuli Qurbanov, hüquq elmlər doktoru, professor İsaxan Vəliyev, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi Hüseyn İbrahimov, elmi işçi partiya fəalı Vüsalə Gülmalıyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqillik tariximizdəki müstəsna rolunu və Ulu Öndər Heydər Əliyevin ideyalarının qüdrətli Azərbaycanın tarixi taleyində müstəsna rola malik olmasını şərh ediblər.

YAP Yasamal rayon təşkilatının institut üzrə ərazi təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Azərbaycanın gələcək hədəflərə uğurla addımladığını, ərazi təşkilatının ziyalılarının Prezident İlham Əliyevin ətrafında daima sıx birləşdiyini ifadə edib.

Tədbirin sonunda partiya fəallarından fəlsəfə üzrə fəlsəfə doktorları Şölət Zeynalov, Fikrət Nəbiyev və Hüseyn İbrahimov Fəxri fərmanla təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: