Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.11.2022 15:12
  • A-
  • A
  • A+

Monpelye Universitetinin doktorantı Biofizika İnstitutunda elmi məruzə ilə çıxış edib

Monpelye Universitetinin doktorantı Biofizika İnstitutunda elmi məruzə ilə çıxış edib

Noyabrın 11-də AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbir iştirakçılarına məruzəçi barədə məlumat verib.

Sonra “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində aparılan müsabiqənin qalibi olan və hazırda doktorantura təhsilini Fransanın Monpelye Universitetində davam etdirən Türkan Səmədovanın “Primatlarda immunoqlobulin ağır zəncirin genom tədqiqi” mövzusunda məruzəsi dinlənilib.

Gənc alim məruzəsində qeyd edib ki, dissertasiya işinin əsas məqsədi Primatlarda IGH zəncirini öyrənməkdir, çünki onlar HİV, ChickV və Sars-CoV-2 daxil olmaqla virus yoluxmalarına qarşı immun reaksiyalarını öyrənmək üçün vacib model orqanizmlərdir. “Birinci il ərzində Lemur catta (Ring-tailed lemur) növünün IG ağır zəncirinin (IGH) annotasiyası və səciyyələndirilməsi yerinə yetirilməkdədir. Bu səciyyələndirmə IMGT-Ontologiyasına (Identification, Description, Classification, Numbering, Localization, Orientation and Obtention) riayət etməklə IGH lokusunu təşkil edən genlərin annotasiya edilməsinə və identifikasiyasına, eləcə də onların funksiyalarını müəyyən etməklə nomenklaturanın standartlaşdırılmasına aiddir. IMGT beynəlxalq ImMunoGeneTics informasiya sistemidir və bu analiz üçün IMGT “Biokurasiya-pipeline”dan istifadə edilir. NCBI-dan (BLAST ilə) seçilmiş “assembl”ın lokusunu çıxarmaqla bütün IMGT resurslarından istifadə edərək annotasiyaya başlayırıq. İşin sonunda IG repertuarını IMGT-nin məlumat bazalarına inteqrasiya edirik. IMGT Ontologiyasına riayət etməklə Lemurun IGH zəncirinində 102 genin (V, D, J və C) annotasiyası aparılaraq bir sıra nəticələr əldə edilib və bu nəticələr hərkəsə açıq şəkildə IMGT informasiya sisteminə inteqrasiya olunub”, – deyə T.Səmədova bildirib.

Gənc alim çıxışının sonunda mövzu ilə bağlı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: