Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2022 09:32
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun laboratoriyalarının cari il üzrə hesabatları dinlənilib

İdarəetmə Sistemləri İnstitutunun laboratoriyalarının cari il üzrə hesabatları dinlənilib

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun bir sıra laboratoriyalarının 2022-ci il üzrə hesabatları dinlənilib.

Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.

İclasda institutun İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyası, Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi laboratoriyası, Siqnalların tanınması və intellektual analizi üsulları laboratoriyası, Süni intellekt metodlarının tətbiqi ilə tanıma məsələlərinin tədqiqi laboratoriyası və İctimaiyyətlə əlaqələr şöbəsinin 2022-ci il üzrə hesabatları dinlənilib.

Sonda dinlənilən məruzələrlə bağlı geniş müzakirələr aparılıb və hesabatlar müsbət qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: