Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2022 10:20
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova gündəlikdə duran məsələlər haqqında şura üzvlərinə məlumat verib.

Əvvəlcə 2022/2023-cü tədris ilində institutun doktorantura və magistraturasına qəbul olan doktorant və magistrantların dissertasiya mövzuları müzakirə olunaraq onlara elmi rəhbərlər təyin edilib.

Sonra Fotobioenergetika, Xloroplastların fotokimyası və Hüceyrənin membran sistemləri laboratoriyalarının illik hesabatları dinlənilib. Laboratoriya müdirləri - AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Səftər Süleymanov və Yaşar Feyziyev cari ildə aparılmış elmi tədqiqatlar, əldə olunan nəticələr, çap olunmuş elmi əsərlər, yerli və beynəlxalq tədbirlərdə iştirak və kadr hazırlığı haqqında şura üzvlərinə ətraflı  məlumat veriblər.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və laboratoriyaların fəaliyyəti qənaətbəxş hesab edilərək hesabatlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: