Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2022 14:02
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları Bərdə və Tərtər rayonlarında ezamiyyətdə olublar

Coğrafiya İnstitutunun əməkdaşları Bərdə və Tərtər rayonlarında ezamiyyətdə olublar

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Nicat İmamverdiyev və Tural Bayramov “Qarabağ iqtisadi rayonunun təsərrüfat sahələrinin müasir ərazi təşkili və inkişaf perspektivləri” adlı elmi hesabatın hazırlanması üçün Bərdə və Tərtər rayonlarında ezamiyyətdə olublar.

Mütəxəssislər Qarabağ iqtisadi rayonunun təsərrüfat sahələrini və iqtisadi inkişaf xüsusiyyətlərini nəzərə almaqla təsərrüfatın ərazi təşkilinin iqtisadi-coğrafi problemlərinin müəyyən olunması məqsədilə ərazidə tədqiqat aparıblar. Bunun üçün onlar regionun geosiyasi mövqeyinin və təbii ehtiyat potensialının təsərrüfat baxımından qiymətləndirilməsi, işğaldan azad edilmiş ərazilərində istehsalın ərazi təşkilində elmi-nəzəri yanaşmanın əsaslandırması, kənd təsərrüfatının ərazi təşkilinin müasir vəziyyəti, ərzaq məhsulları istehsalında aqrar sənayenin rolu və s. təyin etmək üçün ərazidən materiallar toplayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: