Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2022 15:50
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda laboratoriya və şöbələrin elmi hesabatlarına başlanılıb

Aşqarlar Kimyası İnstitutunda laboratoriya və şöbələrin elmi hesabatlarına başlanılıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən laboratoriya və şöbələrin 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclaslarına başlanılıb.

İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, bu il rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyətində uğurlu olub: “Bu nailiyyətlər fundamental və tətbiqyönlü mühüm nəticələr əldə olunması, onların nüfuzlu beynəlxalq bazalarda arxivləşmiş, yüksək impakt faktorlu jurnallarda dərc olunması, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması və istedadlı gənclərin elmə cəlb olunması istiqamətini əhatə edir”.

Sonra laboratoriya müdirləri – texnika elmləri doktoru Elmira Nağıyeva, kimya elmləri doktoru, professor Pərvin Məmmədova, kimya üzrə fəlsəfə doktorları – Vəli Kazımov, Elxan İsakov və digərlərinin təqdimatında hesabat məruzələri dinlənilib.

Laboratoriya müdirləri əsasən hesabat ilində zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materiallarının məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi istiqamətində görülən işlər haqqında geniş məlumat veriblər. Bundan başqa, sintetik yağlara yüksək temperaturlarda davamlı oksidləşmə inhibitorlarının yaradılması, yeni tip çoxfunksiyalı aşqarların və xüsusi təyinatlı yağların yaradılması və tətbiq sahələrinin müəyyənləşdirilməsi ilə əlaqədar yerinə yetirilən işlər, həmçinin laboratoriya əməkdaşlarının il ərzində qazandıqları patent və çap etdirdikləri elmi əsərlər haqqında məlumat veriblər.

Məruzələr ətrafında institutun icraçı direktoru, k.e.d., dosent Ə.Sucayev, elmi katib k.ü.f.d. M.Səfərova, laboratoriya müdirləri tex.e.d., prof. H.Cavadova, O.Nəbiyev, Ş.Əliyev, M.Musayeva və digərləri fikir mübadiləsi aparıblar.

Akademik V.Fərzəliyev hesabatları məqbul hesab edib və növbəti ildə görülməsi nəzərdə tutulan perspektiv elmi işlər haqqında tövsiyə və təkliflərini verib.

Akademik bildirib ki, bundan sonra elmlə təhsilin vəhdətinin daha da gücləndirilməsi sahəsində universitetlərlə birgə işlərə daha çox önəm verilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: