Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2022 15:38
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun şöbələrinin illik hesabatları dinlənilib

Neft və Qaz İnstitutunun şöbələrinin illik hesabatları dinlənilib

AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış edib.

Sonra akademik Fəxrəddin Qədirov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ildə beynəlxalq konfransın keçirilməsi haqqında məlumat verib.

Gündəlikdə qeyd olunan məsələlər arasında 2022-ci ildə başa çatan “Ehtiyatı çətin çıxarılan neft yataqlarına dispers sistemlərlə təsir zamanı yaranan fiziki-kimyəvi və hidrotermodinamiki proseslərin tədqiqi” elmi tədqiqat işi üzrə yekun hesabatın müzakirəsi barədə AMEA-nın müxbir üzvü Qərib Calalov çıxış edib.

İclasda Neft və Qaz İnstitutunun şöbələrinin 2022-ci ilin elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. Lay sistemlərinin hidroqazdinamikası şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Qərib Calalov, Müasir qazmanın nəzəri və tətbiqi problemləri və Neft-qaz texnologiyalarının geoloji əsasları şöbələrinin, eləcə də “Геологические основы нефтегазовых технологий” dərs vəsaitlərinin nəşr edilməsi haqqında AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev çıxış ediblər.

Sonra institutun Təhsil şöbəsinin müdiri Arif Hüseynov 2022-ci ildə qəbul olmuş magistratura, doktorantura və dissertantura qəbulu üzrə hesabatı təqdim edib.

Daha sonra institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, y.e.f.d. Aytən Hüseynova 2022-ci ildə təşkil olunan tədbirlər və tədbirlərdə iştirak, yay məktəbi, uzun müddətli təcrübələr, açıq çağırışlar və ekspert bazalar haqqında məlumat verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: