Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

08.12.2022 09:40
  • A-
  • A
  • A+

Dilçi alimlər Pakistanın Azərbaycandakı səfiri ilə görüşüblər

Dilçi alimlər Pakistanın Azərbaycandakı səfiri ilə görüşüblər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları urdu dili üzrə mütəxəssis Rövşən Şirxanlı və f.ü.f.d., dosent Vəfa Abdullayeva-Nəbiyeva Pakistanın Azərbaycandakı səfiri cənab Bilal Hayeenin qəbulunda olublar.

Görüşdə iki ölkə arasında dilçilik əlaqələri, urdu və Azərbaycan dillərində lüğətçilik, tərcümə və elmi-tədqiqat məsələləri müzakirə olunub. İnstitutun əməkdaşı Rövşən Şirxanlının urdu və Azərbaycan dillərində lüğət hazırlamaqla bağlı təklif və fikirləri dinlənilib, səfir Bilal Hayeenin Pakistan novellalarının Azərbaycan dilinə tərcüməsi təklifi xüsusi rəğbətlə qarşılanıb.

Görüşün sonunda səfir Bilal Hayeeyə, Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin məsul redaktoru olduğu, Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşlarının hazırladıqları “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” və “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” kitabları təqdim olunub. Səfir Bilal Hayee isə Dilçilik İnstitutuna “Pakistan-Azerbaijan Relations, A Pictorial Journey” kitabını hədiyyə edib.

Görüşün sonunda gələcəkdə Nəsimi adına Dilçilik İnstitutu ilə Pakistan səfirliyi arasında elmi-mədəni əlaqələrin daha da genişlənməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: