Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2022 16:10
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun şöbələri illik hesabat verib

Neft və Qaz İnstitutunun şöbələri illik hesabat verib

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış edib.

Tədbirdə 2022-ci il üzrə Neft və Qaz İnstitutunun Neftli-qazlı komplekslərin litologiyası şöbəsinin hesabatını g.-m.e.d., professor Vaqif Qurbanov, İctimaiyyətlə əlaqələr şöbəsinin hesabatını Könül Abbasova, Gənc Alimlər və Mütəxəssislər Şurasının hesabatını Pünhan Səmədli və Həmkarlar Təşkilatının hesabatını k.ü.f.d. Nuhbaba Şixiyev təqdim edib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: