Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.09.2024 16:42
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda İnstitutda Anım günü ilə bağlı tədbir keçirilib

Memarlıq və İncəsənət İnstitutunda İnstitutda Anım günü ilə bağlı tədbir keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda İclas zalında 27 sentyabr - Anım günü ilə bağlı tədbir keçirilib.

Öncə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Qarabağın işğaldan azad edilməsinin strateji, dövlət, ictimai əhəmiyyətindən bəhs edib. Azərbaycan Ordusunun rəşadətindən bəhs edən alim Vətən müharibəsi zamanı düşmənə qarşı istifadə olunan müasir silahların, hərbi-texniki qüvvələrin bütün dünyaya səs saldığını diqqətə çatdırıb.

AMEA-nın müxbir üzvü Ə.Salamzadə düşmən üzərində Qələbədən sonra Azərbaycan elminin də qarşısında mühüm vəzifə və tapşırıqların durduğunu vurğulayıb. Ə.Salamzadə bildirib ki, tarixi Azərbaycan diyarı olan Qarabağın mədəniyyətini, incəsənətini araşdırmaq mühüm məsələ kimi tədqiqatçıların fəaliyyət planında əsas yer tutur.

Sonra institutun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “Təsviri sənətdə İlham Əliyev obrazının təkamülünün üç modeli” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevlə bərabər, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin də portretləri mövcuddur. Həm Azərbaycan, həm də bir çox xarici rəssamlar tərəfindən Prezident İlham Əliyevin müxtəlif rəhbər vəzifələrdə fəaliyyəti zamanı maraqlı obrazları təsvir edilib. Dosent Xəzər Zeynalov Prezident İlham Əliyevin fəaliyyət dövrünün üç mərhələsinə aid çəkilən əsərlərin üslub xüsusiyyətlərindən ətraflı danışıb. AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tanınmış fırça ustası Cəmaləddin İsmayılovun “Ailə” tablosundan bəhs edən alim bu əsərin təsviri zamanı XVII əsr rəngkarlıq üslubundan istifadə edildiyini qeyd edib. 

Daha sonra Musiqi folkloru şöbəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəmsi Gülməmmədova “Şuşa gözəllik məbədidir” mövzusunda olan məruzəsini təqdim edib. Məruzəçi Qarabağın, eləcə də Şuşanın füsunkar təbiətindən, orada yaşayıb yaradan dünyaca məşhur olan görkəmli şəxsiyyətlərindən danışıb. Musiqi məbədi hesab edilən Qarabağın musiqi elmini zənginləşdirən şəxsiyyətlərlə yanaşı, onların arasında dövlət və ictimai xadimlərin yaşayıb yaratdıqlarından ətraflı bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: