AMEA-nın Qafqazşünaslıq İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunan dəyirmi masa keçirilib.
Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı institutun elmi katibi p.ü.f.d., dosent Südabə Hüseynova açıb. S.Hüseynova qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik zəkası və güclü siyasəti nəticəsində əldə edildiyini, dövlət suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğunu vurğulayıb.
Tədbirdə çıxış edən institutun şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, s.e.ü.f.d. Samirə Həbibbəyli qələbənin dünyada və regionda tarixi əhəmiyyəti və təsiri barədə danışıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.