Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
26.12.2022 16:50
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Dendrologiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qərbi Kaspi Universiteti ilə elm və təhsil sahəsində dövlət siyasətinin prinsiplərini əsas götürərək pedaqoji və elmi-tədqiqat sahələrində birgə fəaliyyət məqsədilə əməkdaşlıq müqaviləsi (Memorandumu) hər iki müəssisənin alim və mütəxəssis heyətləri arasında elmin və təhsilin yaxşılaşdırılması, qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi, elmi-tədqiqat işlərinin və müştərək layihələrin həyata keçirilməsi, laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və birgə səmərəli istifadəsi, tətbiq yönümlü tədqiqatlara, interdissiplinar innovativ elmi araşdırmalar, birgə tədqiqat qruplarının yaradılması, elmi konfrans, simpoziumlar, sərgilər, təlim va seminarların təşkili, “Scopus” və “Web of Science” bazasına daxil olan jurnallarda məqalələrin dərci, magistratura və doktorantura üzrə kadr hazırlığında birgə elmi rəhbərlik və s. məsələlər öz əksini tapır.

Həmçinin müqavilə çərçivəsində Qərbi Kaspi Universitetinin Təbiət Elmləri Kafedrasında Dendrologiya İnstitutunun guşəsinin yaradılması qərara alınıb. Müqavilə əsasında Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının bir qrup müəllim və tələbələri Dendrologiya İnstitutunun Azərbaycanda biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, səmərəli istifadəsi, onların genofondunun mühafizəsi və iqlim dəyişkənliyinin biomüxtəlifliyə, populyasiyalara və növdaxili dəyişkənliyə təsirinin öyrənilməsi istiqamətində görülən işlərlə, məlumatlandırılıb və institutunun laboratoriyaları, herbari  və toxum fondu ilə tanış ediliblər. Təbiət Elmləri kafedrasının nəzdində Dendrologiya Mərkəzi yaradılması üçün Meşə ekosistemləri laboratoriyası tərəfindən herbari və toxum nümunələri  verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: