Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.12.2022 11:08
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun Elmi şurasının iclası keçirilib

Polimer Materialları İnstitutunun Elmi şurasının iclası keçirilib

AR Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq, iclas iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edib.

Sonra institut rəhbəri AMEA-nın Kimya Elmləri Bölməsinin illik Ümumi yığıncağı haqqında iclas iştirakçılarını məlumatlandırıb.

Bəxtiyar Məmmədov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə laboratoriya və şöbə rəhbərlərinin timsalında bütün institut əməkdaşlarını təbrik edib, onlara cansağlığı, elmi fəaliyyətlərində uğurlar arzulayıb.

İclasın sonunda institutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazovun 70 yaşının tamam olması münasibətilə onu kollektiv adından təbrik edib, institutun elmi işlərində və ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Təşəkkürnamə təqdim edib.

İnstitutun Elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva, Həmkarlar Təşkilatının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova və Polimerlərə kimyəvi əlavələr və polimer gellər laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent Əliverdi Kərimov çıxış edərək Tahir Alxazova cansağlığı və elmi fəaliyyətində uğurlar arzu ediblər.    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: