Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “En Pro Sol” MMC-nin direktoru Nemət Məmmədov və “Toprak iş mühendislik müşavirlik sanayi ve ticaret.LTD” şirkətinin nümayəndəsi İbrahim Kaya ilə görüş keçirilib.
Görüşdə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev bildirib ki, Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində respublikamız üçün strateji əhəmiyyət kəsb edən layihənin icrasının lazımi səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin müəyyən edilməsi və geoinformasiya texnologiyaları əsasında rəqəmsal torpaq xəritələrinin tərtibi nəzərdə tutulub.
Görüş zamanı tərəflər arasında bağlanmış müqavilə əsasında Ağdam və Füzuli rayonlarının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası və reallaşmasında layihələrin həyata keçirilməsində birgə əməkdaşlıq aparılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.